Sabahın hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda oktyabrın 27-də arabir yağış yağacağı gözlənilir. Gecə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Temperatur gecə 8-11, gündüz 12-15 isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm-ə yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75% təşkil edəcək.