Sabahın hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 8-11°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 772 mm-ə yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80% təşkil edəcək.