top
Sumqayıtda idarə vətəndaşın köşkünü “oğurlayıb”
20 noyabr 2024, 23:03
- ↺ +

Sumqayıtda idarə vətəndaşın köşkünü “oğurlayıb”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt sakini Memarlıq və Şəhərsalma İdarəsindən şikayətçidir.

Bakupost.az-ın məlumatına görə, qurum vətəndaş İmran Məmmədovun "Ceyranbatan Türk məscidi"nin arxasında yerləşən şəxsi torpaq sahəsində tikdiyi köşkü götürüb.

İ.Məmmədovun sözlərinə görə, köşk heç bir əsas olmadan aradan qaldırılıb:

“Bu, qanunsuzluqdur. Həmin köşk Tikinti və Şəhərsalma Məcəlləsinin 79.1.5-ci bəndinə əsasən, 1,8 sot çıxarışlı torpaq sahəsində qanuni şəkildə tikilib. Lakin evakuator vasitəsilə ərazidən çıxarılıb. Heç bir bildiriş təqdim etmədən, dərəbəylik dövründə yaşayırıqmış kimi, gəlib köşkü götürüblər. Evdə olmadığım zaman evakuator gətirib həyətimə daxil olublar. Sözün əsl mənasında, köşkü oğurlayıblar".

Şikayətçi Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinin bu addımla onun yalnız mülkiyyət deyil, həm də sahibkarlıq hüquqlarını kobud şəkildə pozduğunu bildirib:

"Prezident fərmanları ilə təsdiqlənmiş mülkiyyət hüququmu, sahibkarlıq hüququmu, İcra Hakimiyyəti haqqında əsasnaməni və ən əsası, Tikinti və Şəhərsalma Məcəlləsini pozublar".

İmran Məmmədov vurğulayıb ki, Məcəllənin müvafiq maddəsinə əsasən, şəxsi həyətdə köşk quraşdırmaq üçün xüsusi icazə almaq tələb olunmur:

"Üç həftədir köşkün geri qaytarılacağı vəd edilsə də, hələ də nəticə yoxdur".

Məsələ ilə bağlı Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsində bildirlib ki, köşkün hansı səbəbdən götürüldüyü barədə dəqiq məlumatları yoxdur:

"Amma əgər götürülübsə, deməli, qanuni sənədlər təqdim edilməyib. Torpaq sahəsinin çıxarışı olmalı idi və vətəndaş hər hansı bir işi görmək üçün müraciət etməli idi. Əgər müraciət olmayıbsa, deməli, həmin köşk özbaşına qoyulub".

Qanunla daşına bilən konstruksiyaların qoyulması üçün xüsusi icazəyə ehtiyac olub-olmaması ilə bağlı verilən suala isə İdarənin əməkdaşı belə cavab verilib:

"Bu məsələ araşdırılacaq və vətəndaşa cavab veriləcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər