Sumqayıt şəhərinin 48-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt24 xəbər verir ki, hadisə səhər saatlarında “Dünya” TV-nin yaxınlığında qeydə alınıb. “Mercedes” və “Kia” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes”ə ziyan dəyib.