Sumqayıtda iki nəfər dəm qazından boğulub. Sumqayıt24 bu barədə 6 dekabr tarixində Apa.az-a istinadən xəbər verir.
13-cü mikrorayonda yerləşən mənzillərin birində 19 yaşlı Rauf Hacıyev və 32 yaşlı Namiq Əliyev dəm qazından zəhərlənərək ölüblər. Onların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.