Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində intellektual yarış keçirilib.
Sumqayit24.az xəbər verir ki, yarış zamanı iştirakçılar üçün müxtəlif mövzularda suallar səslənib. Gənclər həm bilik və bacarıqlarını sınayıb, həm də komanda ruhunu nümayiş etdiriblər.
Gərgin mübarizənin sonunda “Xaos” komandası bütün rəqiblərini qabaqlayaraq kuboka yiyələnib. “Armada” və “Zəfər” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, turnir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi və Sumqayıt Dünya Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.