Sumqayıtda itkin düşən ahıldan xəbər var.
Ötən həftə Sumqayit24.az-ın xəbər verdiyi kimi, 72 yaşlı Yadulla Zərbi-Müqəddəm yaşadığı evdən çıxaraq geri qayıtmamışdı. Onun yaddaş pozuntusundan əziyyət çəkdiyi bildirilirdi.
Qohumlarının redaksiyamıza verdiyi məlumata görə, kişi tapılıb və artıq evindədir:
“Yaddaş problemi olduğu üçün evin yolunu unudub və günlərlə avtovağzal tərəfdə qalıb. Sağ olsunlar, onu görən insanlar bizə zəng edib xəbər verdilər”.