Sumqayıt şəhərində küçə itlərinə qarşı qəddarlıq edilir.
Sumqayıt24-ə bu barədə yerli sakinlərdən məlumat daxil olub. İddiaya görə, naməlum şəxslər avtomobillə gecə saatlarında “Əlvan Metal” pansionatına gələrək itləri güllələyirlər. Sonra heyvan cəsədlərini ərazidə qoyub gedirlər. Bu isə sonradan yaranacaq antisanitariya və müxtəlif xəstəliklərə səbəb ola bilər.
“Onlar həftədə bir neçə dəfə gəlirlər. “İş”lərinə başlamaq üçün insanların yatmağını gözləyirlər. Yazıq itlərin səsi ətrafı götürür. Bu cür vəhşilik harada görülüb?”, - deyə şikayətçi narazılıq və narahatlığını ifadə edib.