Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, çağırış üzrə sözügedən ünvana xilasedicilər cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış azyaşlı xilas olunub.