Sumqayıtda keçiriləcək "Coca-Cola ilə Xəzər Yay Festivalı"nda səhnə alacaq ifaçıların adları açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, avqustun 29-da baş tutacaq konsertdə Mehin, Nuran, Nərmin Kərimbəyova, Ayaz Babayev, CİN və Hiss çıxış edəcəklər.
Əyləncəli tədbir saat 19:00-da Dövlət Dram Teatrının qarşısında başlayacaq.