Sumqayıtda qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib. Bu haqda 20 fevral tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Aidiyyəti qurumun əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı qanunsuz ovlanmış körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib.
Araşdırma zamanı Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan tutulub satılmasını təşkil edən şəxslər barəsində protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb.