Sumqayıt və Bakıda, həmçinin Abşeron rayonunda "Məktəblinin dostu" layihəsi fəaliyyət göstərir. Bu haqda Trend-ə istinadən xəbər veririk.
Təhsil nazirinin müşaviri, layihənin rəhbəri Rüstəm Ağayevin sözlərinə görə, Sumqayıtda adıçəkilən layihə 20 təhsil müəssisəsini əhatə edir. Ümumilikdə isə, layihə ölkə üzrə 226 müəssisədə fəaliyyət göstərir.
O bildirib ki, 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.
Qeyd edək ki, istənilən ali təhsilli, 21-30 yaş aralığında Azərbaycan vətəndaşı “məktəblinin dostu” olmaq üçün müraciət edə bilər.