Sumqayıt şəhərində Qubadlı rayonundan olan məcburi köckünlərin məskunlaşdığı ərazilərdə abadlıq işləri aparılacaq.
İqtisadiyyat.az-ın məlumatına görə, abadlıq işləri məcburi köçkünlərin məskunlaşdığı Yeni Yaşayış massivində olan yeni məhəllədəki yolu, H.Z.Tağıyev qəsəbəsi, ERSU - köhnə 2 nömrəli təmir tikinti idarəsinin həyətini və yolu, eləcə də Ceyranbatan qəsəbəsində Qubadlı rayonunun Aşağı Mollu kənd tam orta məktəbinə gedən yolu əhatə edəcək.