Sumqayıtda ümumi sahəsi 20 kv.m olan mağazada yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Obyektin içərisində rəflər və ərzaq malları 3 kv.m sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 15 kv.m sahədə əriyib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.