Sumqayıtda mağaza yanıb. Sumqayıt24 bu haqda 7 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında baş verib. Sahəsi 20 kv.m olan mağazanın içərisində 3 ədəd vitrin soyuducusu, lambirdən ibarət tavan 15 kv.m sahədə və divar üzlüyü 10 kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi və onunla eyni dam altında yerləşən avtomobil yuma məntəqəsi mühafizə olunub. FHN-in əməkdaşları alovun qarşısını alıblar.