Sumqayıt şəhərində yanğın olub.
Sumqayit24.az xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin yataq otağında 6 kv.m sahədə ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər təxliyə edilib. Mənzilin qalan hissəsi mühafizə olunub. Alovun qarşısı alınıb.