Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, qəza ötən gün axşam saatlarında 17-ci mikrorayon ərazisində qeydə alınıb. “Daewoo” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb.
Hadisə zamanı xəsarət alan barədə məlumat yoxdur.