Sumqayıtda yol qəzası baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə Çerkassı və Niyazi küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, “Opel” markalı avtomobillə motosikletin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.