Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
20 yaşlı Elgün Mahmudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb.
Fakt araşdırılır.