Sumqayıtın qəsəbələrindən birində antisanitar vəziyyətlə bağlı şikayət var.
Sumqayit24.az-a daxil olan məlumata görə, İnşaatçılar qəsəbəsində ərazi tez-tez məişət tullantıları ilə dolu olur.
Sakinlərin iddiasına görə, zibillər vaxtında daşınmır və nəticədə sözügedən yerdə antisanitar vəziyyət yaranır. Onlar bildiriblər ki, bu vəziyyət ərazidə yaşayışı çətinləşdirir.
"Qubadlı rayon B. Məmmədov adına Fərcan kənd tam orta ümumtəhsil məktəbi burada yerləşir. Dərslər başlayandan sonra burada vəziyyət lap acınacaqlı olacaq. Zibil qutuları da yararsızdır, heç zibil üçün nəzərdə tutulmayıb", - deyə sakin narahatlığını ifadə edib.
Vətəndaşlar aidiyyəti qurumlardan mövcud problemin həllini tələb edirlər.