Sumqayıt şəhəri, 9-cu mikrorayonda avtomobil sıxlığı yaranıb.
Sumqayit24.az-a müraciət edən sakin bildirib ki, Lüdviqshafen parkının ("Alman" parkı) yaxınlığında yerləşən mərasim evlərinə gələn şəxslər avtomobillərini yol kənarında və ətraf ərazilərdə saxlayırlar.
Şikayətçinin sözlərinə görə, nəticədə ərazidə hərəkət çətinləşir, bəzi vaxtlarda yol tamamilə bağlanır və tıxac yaranır. Bu isə digər avtomobillərin ərazidən keçməsinə mane olur.
Vətəndaş aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini və mərasim evlərinə gələn avtomobillər üçün ayrıca parklanma yerinin müəyyənləşdirilməsini istəyir.