Sumqayıtda minik avtomobilində yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. "Mercedes" markalı avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Nəqliyyat vasitəsinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.