Sumqayıt Dövlət Dram Teatrında “Missiya” tamaşası nümayiş olunacaq.
Sumqayıt24.az xəbər verir ki, qəhrəmanlıq dramı Xalq artisti Firudin Məhərrəmovun quruluşunda 25 sentyabr saat 17:00-da təqdim olunacaq. Əsərdə Azərbaycanın Milli Qəhrəmanı, birinci Qarabağ savaşında şəhid olmuş leytenant Qorxmaz Eyvazovun obrazı canlandırılıb.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.