Sumqayıtda moped avtomobilə ziyan vurub. Sumqayıt24 bu haqda 8 iyul tarixində xəbər verir.
Hadisə Səməd Vurğun küçəsində baş verib. Yüksək sürətlə hərəkət edən moped yolun kənarında park edilmiş “Nissan”a çarpılıb. Nəticədə mopedçi xəsarətlər alıb.
“Nissan”ın sürücüsü Qalib Namazovun sözlərinə görə, dəymiş ziyanla bağlı sığorta şirkətinə zəng etsə də, ona: “Maşını moped vurduğu üçün sənə sığorta pulu düşmür”,- deyə cavab verilib.