Polad Həşimov adına Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib. Bu haqda bu gün, 23 dekabr tarixində məktəb öz Facebook hesabında məlumat yayıb.
Məlumata əsasən, 61 yaşlı Gülbəniz Əliyeva koronavirusdan vəfat edib. Əliyeva Azərbaycan dili və ədəbiyyat müəllimi idi.
28 nömrəli məktəbdə bu günədək COVİD-19-dan 6 müəllim dünyasını dəyişib.