Sumqayıt şəhər 31 saylı məktəbdə “Emosional intellekt və onun təhsildə əhəmiyyəti” mövzusunda görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbir psixoloqlar Sabrina Babayeva və Elnarə İsmayılovanın təşkilatçılığı ilə baş tutub. Görüşdə emosional intellektin əsasları, onun sinifdə tədris prosesinə təsiri və müəllim-şagird münasibətlərinin inkişafındakı rolu haqqında məlumat verilib.
Tədbirin sonunda müəllimlərin emosional idrakını yoxlamaq məqsədilə psixoloji test keçirilib.