top
Sumqayıtda müəllimlər yeni iş qrafikinə keçə bilər
29 noyabr 2025, 14:20
- ↺ +

Sumqayıtda müəllimlər yeni iş qrafikinə keçə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müəllimlərin tam ştatla, yəni gündə 8 saat məktəbdə qalmaqla işləməsi barədə müzakirələr təhsil sistemində yeni mərhələnin başlanğıcını göstərir. Nazirliyin açıqlamasına görə, proses ilk növbədə böyük məktəblərdə tətbiq ediləcək. Bu, ilk növbədə Bakıda və bir sıra rayonlarda fəaliyyət göstərən məktəblərə təsir edəcək.

 

Təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, 8 saatlıq iş qrafiki daha çox Bakı, ondan sonra isə Sumqayıt və Abşeron kimi böyük şəhərlərdəki məktəblərdə tətbiq edilə bilər. Bu yeniliyin reallaşması üçün məktəblərin də həm həcmcə böyüklüyü, həm də texniki-təşkilati cəhətdən üstünlüyü çox vacibdir.

 

"Bu kimi məktəblərdə seçilmiş müəllimlər yeni qrafikə əsasən artıq dərslərini bitirən kimi deyil, məhz iş saatı başa çatdıqdan sonra məktəbdən çıxa bilərlər. Bu isə əlavə imkanlar, şərait tələb edir. Çünki günlük dərsini başa vuran müəllim 8 saatlıq iş qrafikinin digər tələbləri istiqamətində də hərəkət etməlidir. Məsələn, o sabahkı dərslərin plan-proqramını hazırlamalı, mövzularla bağlı çalışmalı, üstəlik, şagirdlərlə fərdi formada əlavə hazırlıqları təşkil etməli, üstəlik bəzi hallarda valideynlərlə ünsiyyət saatı təşkil etməlidir. İndi bütün bunların həyata keçməsi üçün müəllimin məktəbdə hər hansı imkanları olacaqmı?! Baxın, bu sualın cavabında çox ciddi çətinliklər yaranacaq. Odur ki, ilkin mərhələ üçün yalnız pilot məqsədli iri məktəblərin seçilməsi gözlənilir ki, nazir də məhz bu detala toxundu" - deyə o qeyd edib. 

 

E.Nuri bildirib ki, Bakı şəhərində bu əsnada seçim o qədər də çətin olmayacaq. Çünki burada qeyd olunan meyarların təşkili üçün tələblərə cavab verən məktəblər var.

 

"Regional təhsil idarələri üzrə hərəsindən bir neçə mərkəzi məktəbin seçilməsi də gözlənilə bilər. Məsələn, Astara -Lənkəran Regional Təhsil İdarəsinə tabe olan məktəblər arasında qurumun çərçivəsindəki rayonların hərəsindən bir böyük məkəb seçilə bilər".

 

Ekspert qeyd edib ki, bu sistemin kənd məktəblərində tətbiqi gözlənilən deyil:

 

"Bu layihənin ilkin olaraq kənd məktəblərində tətbiqini gözləmirəm. Mümkün olmasına sözsüz ki, mümkündür. Amma pilot xarakterli ilkin mərhələdə bu o qədər də inandırıcı görünmür. Təsəvvür edin, bunun tətbiqi üçün müəllimlərin əlavə gözlənti otağı, fərdi hazırlıqlar üçün kabinetlər və s. lazımdır. Mən hələ xaricdəki təcrübədən çıxış edərək, əlavə istirahət otaqları, meeting-room"sları və s. demirəm. Onlardan danışmaq ümumiyyətlə absurddur. Bir sözlə, son olaraq bunu deyə bilərəm ki, 8 saatlıq iş qrafiki tamam-kamal, öz qaydalarına uyğun təşkil olunacaqsa, buna cavab verən məktəblərimizin sayı o qədər də çox olmayacaq".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
27 oktyabr 2026, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
27 oktyabr 2026, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
27 oktyabr 2026, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
27 oktyabr 2026, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
27 oktyabr 2026, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
27 oktyabr 2026, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Oxşar xəbərlər