Sumqayıtda fəaliyyət göstərən marşrut avtobusu nasaz vəziyyətdə xəttə buraxılır.
Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, bu hal 9 nömrəli avtobusda müşahidə olunur. Marşrutun döşəməsində dəlik əmələ gəlib. Həmçinin, avtobusun mühərrik hissəsindən yanıq qoxusu yayılır.
“Bu marşrutu az qala 1 saata yaxın müddət gözləyirik, gələndə isə nasaz vəziyyətdə gəlir. Sərnişinlərin ayağı döşəmədəki deşiyə ilişə bilər və təhlükə yaranar. Arxa oturacaqda əyləşəndə isə oradan tüstü qoxusu gəlir”, - deyə şikayətçilər əlavə ediblər.