Sumqayıt Dövlət Dram Teatrında komediya janrında tamaşa nümayiş olunacaq. Bu haqda 6 iyul tarixində Sumqayıt24 teatra istinadən məlumat verir.
Dahi Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun" tamaşası iyulun 7-si tamaşaçılara təqdim olunacaq.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərhanoğludur. Musiqili librettoya Əməkdar artist Namis Şirməmmədov quruluş verib.