Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rüfət Bədəlbəyli idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə yolu keçən Rasim İslamovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.