Partlayışda xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Sumqayit24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
“23.10.2024-cü il tarixində saat 11:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) hospitalizasiya olunub.
Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib. Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Nəzrin Vahid