Sumqayıt Psixiatriya Xəstəxanasında insident baş verib. Bu haqda 18 fevral tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
Tibb müəssisəsində müalicə alan xəstələrdən biri baş həkim Elzivar Bəbirovun üzərinə hücum edib. O, həkimin kabinetinə daxil olub və ona zərbələr endirərək döyüb.
E.Bəbirov üzləşdiyi hadisə barədə polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.