Sumqayıtda pirotexniki vasitələr satan şəxslər müəyyən edilib.
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Məlumata görə, son 2 gün ərzində Sumqayıt şəhəri, habelə Bakının Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdamda 31 nəfərdən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.