Yenilənib: saat 11:14
Sumqayıtda baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
Apa.az-ın məlumatına görə, dünyasını dəyişən şəxs bulvar ərazisində yolu süpürən 39 yaşlı Zeynalova Səriyyə olub.
***
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az-ın məlumatına görə, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.