2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının Poliklinika şöbəsi öz balansına qaytarılır.
Sumqayit24.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi (STM) məlumat yayıb. Bildirilib ki, STM-in balansında olmayan və hazırda icarə əsasında poliklinika şöbəsinin fəaliyyət göstərdiyi binada (13-cü mikrorayon, ev 55) qəzalı vəziyyət yaranıb.
Buna görə fevralın 3-dən etibarən poliklinika şöbəsi 52-ci məhəllədə yerləşən 2 nömrəli Şəhər Xəstəxanasının binasında xidmət göstərəcək.