Polis əməkdaşları yolda köməksiz qalan hamilə qadına yardım ediblər. Sumqayıt24 bu haqda 26 yanvar tarixində xəbər verir.
Hadisə bir neçə gün öncə Novxanı-Sumqayıt yolunda qeydə alınıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, axşam saatlarında yolda xidmət aparan DYP maşınına bir avtomobil yaxınlaşıb. Sürücü maşındakı hamilə qadına kömək lazım olduğunu bildirib. Bundan sonra polis əməkdaşları qadını xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Məlumata görə, qadın Sumqayıt doğum evində sağlam doğuş edib.