Sumqayıtda 2 İyul - Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Sumqayıt Şəhər Polis idarəsinin inzibati binasında təşkil olunan tədbirdə icra başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Toplantıda Sumqayıt ŞPİ-nin bir qrup əməkdaşına fəxri fərmanlar və pul mükafatları verilib.