Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Report-un məlumatına görə, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
53 yaşlı Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. O, iki gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.