Yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 32 yaşlı Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayit24.az xəbər verir ki, araşdırma zamanı 36 yaşlı Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
09:45
Sumqayıtda qətl hadisəsi törədilib.
Report.az-ın məlumatına görə, hadisə 12-ci mikrorayon, bina 35, mənzil 21-də qeydə alınıb. Həmin ünvanda yaşayan 32 yaşlı Səbinə Babışova qətlə yetirilib.
Onu qətlə yetirməkdə əri A.Babışov şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.