Sumqayıtda qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri keçirilib. Bu haqda 4 iyul tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Profilaktik tədbirlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Şəhər Baş Polis İdarəsi tərəfindən birgə keçirilir.
Aparılan yoxlama zamanı şəhərin 20 Yanvar küçəsində səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.
Piyada səkilərində meyvə-tərəvəz, məişət malları və digər əşyaları satan şəxslərə xəbərdarlıq edilib. Həmin mallar səkidən yığışdırılıb.