Sumqayıt şəhərinin 29-cu məhəlləsində yol qəzası baş verib. Bu barədə 9 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Hadisə ötən gün, axşam saatlarında 20 Yanvar və Nizami küçələrinin kəsişməsində qeydə alınıb. “Range Rover” və “VAZ-2107” markalı nəqliyyat vasitələri toqquşub.
Əldə olunan məlumata əsasən, qəza zamanı xəsarət alan olmayıb. Əraziyə yol polisi cəlb olunub.