Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 8 noyabr tarixində xəbər verir.
Hadisə saat 13:20 radələrində Heydər Əliyev prospekti ilə Polad Həşimov küçəsinin kəsişməsində qeydə alınıb. “Toyota Prius” və “Kia Sorento” markalı nəqliyyat vasitələri toqquşub. Məlumata əsasən, “Prius”un sərnişini yüngül dərəcəli bədən xəsarətləri alıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar.