Xəbər verdiyimiz kimi, Sumqayıtda qəzalı xəstəxananın yerində yeni tibb müəssisəsi inşa ediləcək.
Sumqayit24.az-a daxil olan məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli xəstəxanada bu gün təmir məqsədilə köçürülmə prosesi həyata keçirilib.
Xatırladaq ki, redaksiyamız aprelin 21-də həmin xəstəxananın qəzalı vəziyyətdə olması ilə bağlı şikayət işıqlandırılıb.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.