top
Dünən şikayət, bu gün tədbir: Sumqayıt Avtovağzalında nəzarət gücləndirildi
Foto
15 aprel 2026, 12:30
- ↺ +

Dünən şikayət, bu gün tədbir: Sumqayıt Avtovağzalında nəzarət gücləndirildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıt-Bakı istiqamətində fəaliyyət göstərən ekspres marşrut xətləri ilə bağlı narazılıqlar yaranıb.

Belə ki, səhər saatlarında avtobusların hərəkətində ciddi gecikmələr müşahidə olunurdu.

Sumqayit24.az-a daxil olan məlumata görə, hazırda Sumqayıt Avtovağzalında müvafiq qurumun əməkdaşları tərəfindən nəzarət gücləndirilib, avtobuslar isə aktiv şəkildə fəaliyyət göstərir.

Xatırladaq ki, dünən – 14 aprel tarixində redaksiyamız tərəfindən 594 və 595 nömrəli ekspres marşrutlarının səhər saatlarında gecikməsi ilə bağlı xəbər işıqlandırılıb.

***

Son günlər Sumqayıt-Bakı istiqamətində fəaliyyət göstərən ekspres marşrut xətləri ilə bağlı şikayətlər artmaqdadır.

Sumqayit24.az-ın sorğusuna "Bakubus" MMC-dən bildirilib ki, 594 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 32 avtobusla 3-5 dəqiqəlik intervalla, 595 nömrəli marşrut xətti üzrə isə 10 avtobusla 10-11 dəqiqəlik intervalla təmin edilir.

"BakuBus" MMC-nin Monitorinq mərkəzindən əldə olunan müşahidə və əməliyyat məlumatlarına əsasən, son 2 həftə ərzində qeyd olunan marşrut xətləri üzrə avtobuslararası interval ümumilikdə müəyyən edilmiş qrafik çərçivəsində təmin edilib.

Eyni zamanda qeyd edirik ki, son 2 gün ərzində, xüsusilə pik saatlarda, Bakı–Quba (Rusiya istiqaməti) avtomobil yolunda müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən marşrut xətləri üzrə avtobuslararası intervalda müvəqqəti artım qeydə alınıb. Yaranmış gecikmələrlə bağlı "BakuBus" MMC-nin rəsmi Telegram kanalında operativ məlumatlar paylaşılıb və sərnişinlər mütəmadi şəkildə məlumatlandırılıb.
Məlumat üçün bildiririk ki, Telegram kanalında yollardakı mövcud vəziyyət, eləcə də marşrut xətlərinin trayektoriyasında edilən dəyişikliklərlə bağlı məlumatlar davamlı və operativ şəkildə paylaşılır", - deyə məlumatda qeyd edilib.

***

Son günlər Sumqayıt-Bakı istiqamətində fəaliyyət göstərən ekspres marşrut xətləri ilə bağlı şikayətlər artmaqdadır.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, artıq iki həftədən çoxdur ki, səhər saatlarında avtobusların hərəkətində ciddi gecikmələr müşahidə olunur.

Sərnişinlərin məlumatına əsasən, xüsusilə 594 və 595 nömrəli ekspres marşrutlarda bu problem daha qabarıq hiss olunur.

"Dedilər gediş haqqı 0,90 qəpik olanda avtobusların sayı artacaq və fasiləsiz işləyəcək. Amma heç bir dəyişiklik yoxdur", - deyə vətəndaş narazılığını ifadə edib.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər