Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Temperatur gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm-ə enəcək. Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.