Sumqayıt şəhər 24 nömrəli məktəbdə "Reproduktiv sağlamlıq" mövzusunda tədbir təşkil olunub.
Sumqayit24.az xəbər verir ki, 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-terapevti Gülşən Hüseynova məktəblilərə reproduktiv sağlamlıq haqqında geniş məlumat verib, onlara sanitar-gigiyenik qaydalara əməl etməyi və hər cür zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.