Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə şəhid Anar Qorçuyevin doğum günü qeyd edilib. Sumqayıt24 bu barədə 5 yanvar tarixində DünyaTV-yə istinadən xəbər verir.
"Cənnətdəki mövludun mübarək" adlı tədbirdə şəhidin yaxınları, övladları, məktəb rəhbərliyi, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra Anar Qorçuyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Birinci sinif şagirdləri tərəfindən şeirlər oxunub, musiqilər səsləndirilib. Sonda şəhid anası çıxış edərək məktəb rəhbərliyinə və körpə fidanlara öz təşəkkürünü bildirib.
Anar Qorçuyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.