Sumqayıt şəhər 10 nömrəli məktəbə direktor təyinatı olub. Bu barədə 12 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Təhsil ocağının rəhbəri vəzifəsini Səmra Quluzadə icra edəcək. O, bundan əvvəl 7 nömrəli məktəbdə təşkilatçı kimi çalışıb.
Səmra Quluzadə 23 iyun 1990-cı ildə anadan olub. Bakalavr və magistr təhsilini Azərbaycan Dillər Universitetində alıb. Hazırda Sumqayıt Dövlət Universitetinin doktorantıdır.
Qeyd edək ki, gənc direktor şəhid Faiq Rzayevin qızıdır.