Sumqayıt Tibb Mərkəzinin (STM) rəhbərliyi şəhid və qazi övladları üçün Zəfər bayramı münasibətilə şənlik təşkil edib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə bir qrup şəhid və qazi ailələrinin uşaqları üçün əyləncəli oyunlar, maraqlı fəaliyyətlər və xoşbəxt anlar yaşanıb. Tədbirdə STM-in direktor müavini Namirə Abbasova və baş həkimlər iştirak ediblər.
Qeyd edək ki, şənlik ailə sağlamlıq mərkəzlərinin təşkilatçılığı ilə reallaşıb.