Sumqayıt Tibb Mərkəzində (STM) "Şəhidlər evə qayıdır" filminin təqdimatı olub. Sumqayıt24 bu haqda 4 aprel tarixində xəbər verir.
Qısametrajlı bədii-sənədli film STM-in təşəbbüsü və dəstəyi ilə çəkilib və Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr edilib.
Təqdimat mərasiminə tibb müəssisələrinin baş həkimləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri qatılıblar.